Renault komandasında yenə də təcrübə öz sözünü deyib – Fernando Alonso sıralanma turunun sons essiyasına keçə bilib və sabah yarışa 7-ci yerdən başlayacaq. Onun komanda yoldaşı Nelsinyo Pike isə ikinci sessiyada səhvə yol verdiyindən sabah yarışda yalnız 15-ci yerdən start alacaq…
Fernando Alonso: “Biz bir daha sıralanma turunda sıx mübarizənin şahidi olduq. Kokpitdən bu mübarizə daha çətin və gərgin görünür, tamaşaçılar üçün isə bir o qədər maraqlı olur. Biz Çin yarışından sonra maşında dəyişiklik etməmişik, amma komanda əla iş görüb, maşın artıq rəqabətədavamlıdır. Sıralanma turu göslədiyimiz kimi keçdi. Yedinci eyrdən KERS-lə start sabah yaxşı nəticəyə ümid etmək imkanı verir. Sabah daha çox xal qazanmağa çalışacayıq.”
Nelsinyo Pike: “Mən sonuncu sessiyaya düşmək üçün risk etdim və səhvə yol verdim. İndi yarışın yaxşı startına ümid edirəm. Mənə elə gəlir ki, sabah xal qazana bilərəm, bu mənim əsas vəzifəmdir.”