Renault Hülkenberqi bağışlayıb

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Niko Hülkenberqin Bakıdakı qəzası builki yaganə səhvidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıda hər iki Red Bull sürücüsünü qabaqlasa da, bolidin idarəetməsini itirərək, 4-cü döngənin çıxışında baryerlərə çırpılmış və mübarizəni 11-ci dövrədə dayandırmışdı.

Siril Abitebul: “Niko bu il sadəcə bir səhv etdi. Keçən il də Bakıda səhv etmişdi. Deyəsən, orada bəxti gətirmir. Amma keçən il bir səhv etdi və builki performansını da düşünsək, onu bağışlamaq olar. Bu cür yarışda nə edəcəyimizi bilmirdik. Karlosun 5-ciliyi möhtəşəm oldu. İdmana qayıtdıqdan sonra ən yaxşı nəticəmiz idi. Bakıdan sevincli ayrılırıq. Növbədə Barselona yarışıdır və yaxşı xal almağa davam etməliyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*