F-1.az xəbər verir ki, Renault-nun gənc sürücü proqramında 7 sürücü var. Bunlar arasında Formula1-ə ən yaxın olan britaniyalı Cek Eytkendir.
Siril Abitebul: “Hazırda hər hansı bir plan yoxdur. Amma Formula1-də bir sürücünün istedadını başa düşmək üçün başqa bir komandaya sahib olmalısınız. Biz də mühərrik satdığımız üçün belə şansımız var. Gələcəkdə mühərrik satdığımız komandalarla bu barədə danışacağıq. Mercedes bu yolla gənc sürücülərini yarışdırır. Biz də belə edə bilərik. 2020-ci ildə uşaqlardan birini Formula1-ə gətirməliyik”.