F-1.az xatırladır ki, gələn il üçün halonu çıxmaq şərtilə texniki reqlamentdə ciddi yeniliklər olmayacaq. Amma fransızlar gələn il ön qrupa daha da yaxınlaşmaq üçün köklü dəyişikliklər planlaşdırırlar.
Nik Çester: “Enstounda yeni bolid üzərində işləyirik. Texniki reqlamentdə kiçik dəyişikliklər olmasına baxmayaraq, tamamilə yeni bir bolidə sahib olacağıq. Builki boliddə çox şey öyrəndik. Gələnilki bolidin hazırlıqlarına başlamışıq və buna görə də Braziliyadakı sərbəst yürüşlərdə bəzi yeni detallardan istifadə edəcəyik”.