Renault Formula1-i tərk etməyi planlaşdırır?

Red Bull komandasının kəskin tənqidlərinə baxmayaraq, Avstraliya Qran Prisindən sonra Renault Sport-un icraçı direktoru Siril Abitebul bildirmişdi ki, Renault Formula1-i […]

Red Bull komandasının kəskin tənqidlərinə baxmayaraq, Avstraliya Qran Prisindən sonra Renault Sport-un icraçı direktoru Siril Abitebul bildirmişdi ki, Renault Formula1-i tərk etməyə hazırlaşmır. Avstraliyada – “Bizim getmək şansımız yoxdur” – deyən Siril Malayziyada, f-1.az-ın bildirdiyinə görə, bu gün keçirilən mətbuat konfransında fikrini dəyişib…

Siril Abitebul: “Mən təsdiq edirəm ki, biz müxtəlif variantları nəzərdən keçirdirik, o cümlədə Formula1-dən getməyimizi də. Açığını deyim ki, əgər biz görsək ki, Formula1 Renault-nun dünya imicinə xələl gətirir, görsək ki, müasir motor reqlamenti ilə çətinliklər yaşayırıq, görsək ki, Formula1 çempionatı bizə maliyyə gəliri gətirmir, yəni xərclərimiz gəlirimizi qat-qat üstələyirsə, onda bizim cari motorların modernizə olunmasına sərmayə yatırmağa stimulumuz olmayacaq və biz son varianta əl atmalı olacayıq.

Amma hazırda bizim başlıca vəzifəmiz cari motoru təkmilləşdirmək, onun problemlərini aradan qaldırmaqdır. Melburnda mövsümün startı bizim gözlədiyimiz kimi başlamadı, həm trasda, həm də trasdan kənarda problemlərlə üzləşdik və indi biz həmin problemlərin həlli ilə məşğuluq, bu hazırda bizim əsas məqsədimizdir. Bundan sonra biz vəziyyəti marketinq və strateji baxımdan qiymətləndirəcəyik ki, başa düşək: bizim Formula1-də iştirakımızı genişləndirmək lazımdır yox ixtisar etmək? Amma hazırda biz işimizlə məşğuluq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*