F-1.az xatırladır ki, fransalılar idmana 2016-cı ildə qayıtsalar da, 4 mövsüm ərzində ən yaxşı nəticələri beşinci yer olub. “Sarılar” eyni zamanda McLaren komandasını da mühərriklə təmin edirlər. Lakin Renault-nun 2020-ci ildən sonra Britaniya komandasına mühərrik verməsi müəmmalıdır.
Siril Abitebul: “McLaren ilə müqaviləmiz 2020-ci ilin sonuna qədərdir. Onlar yaxşı tərəfdaşdırlar. Hazırda bizi məğlub etsələr də… Bəs Formula1 2020-ci ildən sonra nə edəcək? Əsas sual budur”.