F-1.az xatırladır ki, Palmer Bakıda mühərrik problemlərinə görə yaxşı nəticə göstərə bilmədiyi halda, Red Bull komandaısnın sürücüsü Maks Fertsappen Kanada yarışından sonra Azərbaycanda da, mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Remi Taffen: “Mühərrikdəki detalların etibarlı olması üçün lazım olsa, yeni istehsalçılarla danışmalıyıq. Keçmiş yarışlarda vacib xallar itirdik. Buna görə mövsümün sonunda böyük pullar itirə bilərik. Bundan başqa müştəri komandalarımızın mühərrik problemi yaşaması heç də yaxşı hal deyil. Digər komandaları da yarı yolda qoymamalıyıq. Bu problemlərin təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Bakıda sürət cəhətdən daha güclü idik və kiçik yeniliklərlə daha güclü olmağa çalışacağıq. Mühərrikdə böyük yeniliklər olmayacaq”.