F-1.az xatırladır ki, Renault son yarışa 6-cı yerdəki Toro Rosso-dan cəmi 4 xal geridə başlayır.
Siril Abitebul: “Əbu Dabiyə böyük əhval-ruhiyyə ilə gedirik. Son yarışlarda nəticələr istədiyimiz kimi olmadı, amma bolidin tempi yaxşıdır. Bura təkbaşına çempionat kimidir. Gözəl atmosfer var və Əbu Dabidə mövsümü bitirməkdən həzz alıram.
Hazırda Toro Rosso və Haas-la 6-cı yer uğrunda mübarizə aparırıq. Əlimizdən gələni edərək, aradakı xal fərqini bağlamağa çalışacağıq. Niko və Karlos da bir-birinə uyğunlaşıblar. Bu dəfə gözəl həftəsonu olacağına inanıram”.