Bu il Renault motorlarından çempionatın dörd komandası istifadə edir: Red Bull, Lotus, Caterham və Williams. Gələn ilə turbo motorlarla təchizat üzrə şirkətlə hələlik Red Bull və Toro Rosso komandaları müqavilə imzalayıblar, Williams komandası isə Mercedes motorlarına keçəcək.
Renault Sport şirkətinin prezidenti Jan Mişel Jalinye bu gün Parisdə jurnalistlərə bildirib ki, Lotus və Caterham-lə danışıqlar başa çatmaq üzrədir: “Dörd komandanı turbo motorlarla təchiz etməyimizin ehtimalları çox yüksəkdir. Hazırda Lotus və Caterham-lə danışıqlar gedir: praktiki olaraq razılaşma əldə olunub, ona görə də 2014-cü ildə biz dörd komanda ilə işimizi davam etdirəcəyik.”