Renault-dan Alonsoya böyük təklif gözlənilir

Bu günlərdə Renault konserninən zavod komandası kimi Formula1-də qalacaqları rəsmən təsdiq edilmişdi. Siril Abitebul isə Fernandonun komandaya gəlmə ehtimalı olduğunu bildirmişdi.

F-1.az Almaniyanın F1-İnsider resursuna istinadən bildirir ki, Renaut-nun Alonsoya komandada verəcəyi rol sürücülükdən ibarət olmayacaq. Onun 2021 və 2022-ci illərdə komandanın heyətində yarışacağı, 2023-cü ildə isə aparıcı vəzifələrdən birinə gətiriləcəyi bildirilir. Liberty Media da ikiqat dünya çempionunun Formula1-ə qayıdacağını düşünür.

Renault komandasının keçmiş rəhbəri və Fernandonun çox yaxın dostu Flavio Briatore tərəflər arasında müqavilənin imzalanacağına inanır: “Fernando və Renault-nun uğurlu ortaq tarixləri var. Bir-birilərini yaxşı başa düşürlər və müqavilə hər iki tərəf üçün faydalı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*