Renault-da kadr dəyişikliyi

Komanda strukturunun qarşıdakı mövsümə hazırlıq mərhələsində yenidən qurulması çərçivəsində Renault komandasında kadr dəyişikliyi baş verib - Rob Uayt və Keron Pilbim yeni vəzifə alıblar.

F-1.az bildirir ki, müasir Formula1-in ən yaxşı yarış mühəndislərindən biri Keron Pilbim McLaren komandasından Enstouna qayıdır – vaxtılə BAR, Red Bull və Lotus komandalarında çalışmış britaniyalı mütəxəssis Uokinqdə də eyni vəzifəni icra edirdi.

Renault motorçularının texniki direktoru Rob Uayt isə komandanın əməliyyat direktoru təyin olunub. Amerikanın məşhur Cosworth yarış motorları departamentində karyerasına başlayan britaniyalı mühəndis 2011-ci ildən Renault-da çalışır…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*