Renault Çinə yeni MGU-K gətirib

Çin Qran Prisində bütün Renault mühərrikli avtomobillər yeni MGU-K-dan istifadə edəcəklər.

F-1.az xatırladır ki, Bəhreyn yarışında Hülkenberq, Rikkardo və Sayns mübarizəni son dövrələrdə dayandırımışdılar. Fransalılar etibarsızlıq problemini həll etmək üçün Şanxaya yeni MGU-K gətiriblər. Niko Hülkenberq isə Çində yeni mühərriklə yarışacağını təsdiq edib: “Problemi həll etmək üçün dözümlülük üzərində işlədik. Keçən yarış gözəl nəticəni əldən verdik. Amma artıq əlimizdən heç nə gəlmir. Məncə, problem güc qurğusundan qaynaqlandı. Buna görə də yeni mühərriyə keçəcəm. Burada bütün Renault mühərriklərində yeni MGU-K olacaq. Problemləri həll etmişik”.

Qeyd edək ki, Karlos Sayns mövsümün ilk yarışı Avstraliyada mübarizəni dayandırdıqdan sonra Bəhreyndə ikinci mühərriyini, MGU-H və MGU-K generatorlarını, eləcə də yeni turbin alan ilk sürücü olmuşdu. Qeyd edək ki, hər sürücü mövsüm ərzində iki MGU-K, üç MGU-H, turbin və mühərrikdən istifadə edə bilər. Həddi aşan sürücü isə startda yer itirir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*