F-1.az xatırladır ki, bu il hər sürücü cəmi 3 mühərrikdən istifadə edəcək. Bu da o deməkdir ki, 21 yarışlıq təqvimdə 1 mühərrikdən 7 yarış istifadə edilməlidir. Belə olan halda isə mühərriyin performansı azalır.
Siril Abitebul: “Bu vəziyyət barədə çox söz demək istəmirəm, çünki hələ təzə başlamışıq. Lakin bilirdik ki, bu qaydalar gələcək və mövsümü yaxşı yerdə bitirmək üçün açıqfikirli davranacağıq. Bircə onu demək istəyirəm ki, etibarlılıq probleminə görə mühərriyin potensialını azaltmaq istəmirik. Bundan başqa startda yer itirməklə bağlı cəzalara da baxırıq. Bu hal əvvəlki kimi bizi incitmir. Cəzaların taktika cəhətdən bizə üstünlük qazandırıb-qazandırmayacağına görə qərar verəcəyik”.