Renault Budkovskini niyə transfer edib?

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Marçin Budkovskini rəqiblərinin sirlərini öyrənmək üçün transfer etməyiblər.

F-1.az xatırladır ki, polşalı mütəxəssis FİA-nın texniki nümayəndəsi vəzifəsindən istefa verdikdən sonra Renault onu transfer etmişdi. Buna görə də bütün komandalar bu transferə etiraz etmişdilər.

Siril Abitebul: “Komandaların şübhələrini anlayıram. Amma Marçin kimi adamı digər komandaların sirlərini bildiyi üçün transfer etmədik. Onu təcrübəsinə və potensialına görə aldıq. Onun tərcümeyi-halı mükəmməldir və Renault-nun Formula1-dəki növbəti addımını ancaq o, inşa edə bilər.

Digər bolidlərin sirləri bizə maraqlı deyil. Buna görə də aprelə qədər onu şassinin yığılmasından uzaq tutacağıq. Yanvar ayından maaş alsa da, şassinin təkmilləşməsinə qarışmayacaq. Digər yarış seriyalarında işləyəcək. O, Renault şirkətini tam anlamalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*