F-1.az xatırladır ki, Renault bu il Colion Palmer və Kevin Maqnussen cütü ilə yarışmağa qərar vermişdi və sadəcə bir yarışdan xal qazana biliblər. Komandanın gələnilki sürücü heyətində dəyişiklik etməsi artıq dəqiqdir və söz-söhbətlərə görə həm Maqnussen ilə, həm də Palmer ilə komandanın yolları ayrılacaq.
Söz-söhbətlərə görə Renault Serxio Peres ilə razılaşmağa çox yaxındır. Ancaq fransa mətbuatının verdiyi xəbərə əsasən Renault Bottas ilə də maraqlanır.
Söz-söhbətlərə görə Bottas Williams komandasındakı vəziyyətə baxacaq və hər şey daha da pis olsa, komandadan ayrılacaq. Renault isə həm Bottasla, həm də Peres ilə müqavilə bağlamaq istəyir. Amma əgər bu iki sürücüdən biri ilə müqavilə bağlamaq mümkün olmasa, o zaman Esteban Okon transfer ediləcək…