F-1.az xəbər verir ki, “sarılar” R.S.18-in əsl versiyasını testlərdə göstərəcəklər.
Siril Abitebul: “Düzünü desəm, sosial mediada göstərdiyimiz şəkil rəng çalarlarının təqdimatı idi. Amma forumlarda insanların bunu müzakirə etdiyini gördüm. Sakit olun, uşaqlar. Təkər bazasını hesablamayın. Çünki heç nə görünmür. Əksər komandalar kimi biz də son yarışa qədər inkişaf edəcəyik. Buna görə də gördüyünüz bolid real deyil. Melburnda daha çox yenilik gələcək. Bundan başqa “kapotun altında” çox şey var. Asılqanlar, ötürmələr qutusu, motorun montaj forması, soyutma sistemi və s. Keçən ilə nisbətən böyük addım oldu. Təbii ki, bunlar görünmür”.