F-1.az bildirir ki, “sarılar” 2016-cı ildən etibarən Bell & Ross ilə tərəfdaşlıq edirlər. Fransalı saat istehsalçısı bu tərəfdaşlığın şərəfinə BR-X1 Tourbilion R.S.18, BR-X1 R.S.18 ve BR03-94 R.S.18 saat modellərini istehsal edib.
Siril Abitebul: “2016-cı ildən bizə saat tərəfdaşlığı edən Bell & Ross ilə müqaviləni yenilədiyimiz üçün xoşbəxtik. Onlar bizimlə oxşar fəlsəfəyə sahibdirlər. Texniki cəhətdən mükəmməl olmaq istəyirlər. Komanda olaraq Bell & Ross saatlarını istifadə etdiyimiz üçün xoşbəxtik. Yeni kolleksiyanı səbirsizliklə gözləyirik”.