F-1.az xatırladır ki, fransızlar cümə günü keçirilən sərbəst yürüşlərdə Kevin Maqnussen ilə yeni ön qanadı test etmişdilər, amma Colion Palmer köhnə qanaddan istifadə etmişdi.
Renault komandasının texniki direktoru Bob Bell bildirib ki, onlar bu yenilikdən razı qalıblar və Bəhreyndən etibarən istifadə etməyə başlayacaqlar: “Avstraliyada Kevin ilə yeni ön qanadı test etdik və bizim gözləntilərimizi qarşıladı. Bəhreyndə bizim hər iki bolidimizdə də yeni ön qanad olacaq.
Biz mövsümün ilk yarısında mühərriyi inkişaf etdirəcəyik və şassini təkmilləşdirmək üçün bir proqramımız olacaq.
Bəzi yarışlar üçün aerodinamik yeniliklər planlaşdırmışıq. Bolidi inkişaf etdirmək üçün yaxşı planlarımız var”.