Renault Bakıya yeniliklərlə gəlir

Renault Sport-un rəhbəri Siril Abitbul bildirib ki, R.S.18-in növbəti yeniliklərini Bakıya gətirəcəklər.

F-1.az xatırladır ki, Renault bu il əvvəlki illərə nisbətən daha güclü görünür. Fransızlar hazırda 5-ci yerdə olsalar da, 4-cü yer üçün ən böyük favoritdirlər.

Siril Abitebul: “Çin və Bəhreyndə eyni nəticələri aldıq. Amma Çindən sonra başa düşdük ki, bəxtdən başqa özümüz də güclüyük. Rəqiblərimizlə mübarizə apara bilirik və peletondakı 4-cü mühərrik-şassi-sürücü kombinasiyasına sahibik. Bunu təkmilləşdirməliyik. Renault-nun hədəfi budur. Bakıda şassi ilə bağlı bəzi yeniliklərimiz olacaq. Xüsusilə də qanadlar və saydpodlarda. Barselonada isə mühərriklə bağlı yeniliklər gətirəcəyik. Bu yeniliklər performansımızı qorumağa kömək edəcək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*