F-1.az xatırladır ki, McLaren komandası gələn ildən etibarən Renault mühərriklərindən istifadə edəcək və Britaniya təmsilçisinin sürücüləri başqa seriyalarda yarışmaq istəsələr, Renault-dan icazə almalıdırlar. Qeyd edək ki, Alonso keçən il Toyota ilə 24 saatlıq Le Man marafonunda yarışmaq istəsə də, Honda buna icazə verməmişdi.
Zek Braun: “Renault ilə Fernando Alonsonun Le Manda yarışmaq istəməsi barədə danışdım. Dedilər ki, problem yoxdur. Çünki orada mübarizə aparmırlar. Təbii ki, Fernando Toyota ilə yarışmaq istəyir. Bu barədə danışacağıq və bəzi alternativlərimiz var. Amma Fernando qalib gəlmək istəyir”.