F-1.az xatırladır ki, Renault keçən il Lotus komandasını alaraq zavod komandası qismində Formula1-ə qayıdıb. Gələn il üçün Niko Hülkenberq ilə müqavilə bağlayan Renault hər il inkişaf etmək və daha çox xal yığmaq istəyir. Bob Bell Renault-nun hədəfləri haqqında danışıb.
Bob Bell: “Cənab Qon komandanın hədəflərini çox açıq şəkildə açıqlayıb. Şou göstərmək üçün burada deyilik, komandanın uğurunu görmək üçün buradayıq. Önümüzdə olan uzun müddət üçün real hədəflər var. Gələn il böyük addım ataraq mübarizəyə qoşulacayıq. 2018-ci ildə podium qazanmağı hədəfləyirik. Çempionluq hədəfimiz isə 4 və ya 5 il içərisində olacaq. Renault-nun Benetton-u alıb çempion olması 5 il çəkdi. Brawn GP-ni alan Mercedes və ya Jaguar-ı alan Red Bull da bu yollardan keçdilər”.
Komandanın rəhbəri Frederik Vassyör isə iki lider sürücüyə ehtiyacları olduğunu deyib.
Frederik Vassyör: “Komandanın niyə iki lideri olmasın? Mercedes bunu mükəmməl şəkildə bacarır. Bir güclü sürücü ilə digərini kölgədə qoymaq yaxşı fikir deyil. Mercedes pilotlarının aralarındakı mübarizə komandanı da inkişaf etdirdi. İki bacarıqlı və bərabər pilota sahib olmaq fikri əladır. Esteban Okon siyahımızdakı adlardan biridir və bu sirr deyil. Qərarı verməzdən əvvəl bütün variantları qiymətləndirəcəyik. Okon hər yarış yeni məlumatlar öyrənir. Keçən həftə Yaponiyada möhtəşəm idi”.