F-1.az xatırladır ki, Renault idmana 2016-cı ildə qayıtsa da, 4 mövsüm ərzində ən yaxşı nəticələri 2018-ci ildəki 4-cü yer olub. “Sarılar” 2019-cu ildə beşinci yeri tutublar.
Siril Abitebul: “Mövsüm bizim üçün iki hissəyə ayrılır. İlk hissədə bolidimiz zəif idi. Qışda yaxşı işləsək də, bolid istədiyimiz kimi deyildi. Özlərini narahat hiss edən sürücülərin səhvləri, qəzaları və bolidin etibarsızlıq probleminə görə çox xal itirdik. Sonra mühərriyi təkmilləşdirərək tempimizi artırdıq. Hazırda güc qurğumuz çox güclüdür. Bunu Monreal, Spa və Montsada isbatladıq. Şassi cəhətdən isə – McLaren başda olmaqla bütün komandalar şassilərini dəyişsə də, biz etmədik.
Formula1-də qalib gəlmək üçün ən yaxşı motora, şassiyə və sürücülərə ehtiyacınız var. Sürücülərimiz güclü idilər. Düzdür, səhv etdilər. Daniel Rikkardonun bolidə və komandaya öyrəşməsi vaxt aldı. Ancaq indi uğur qazanacağımıza inanır. Sürücü cəhətdən problemimiz olmadı. Motor güclü olsa da, şassi bizi geriyə saldı.
Gələn il bizin üçün vacibdir. Çünki 2021-ci ildə texniki reqlament dəyişəcək. Buna görə də yaxşı maşın düzəltməliyik. Eyni zamanda 2021-ci ilə də yaxşı hazırlaşmalıyıq. Əsas vəzifə budur”.