Hazırda çempionatda Renault komandasının şərəfini Kevin Maqnussen və Colion Palmer qoruyurlar. Esteban Okon və Sergey Sirotkin isə komandanın test sürücüləridir.
Frederik Vassyör: “2020-ci və 2021-ci illərdə çempion ola biləcək bir sürücü tapmaq istəyirik. İndidən başlamalıyıq. Keçmişə baxsaq, Benetton Şumaxer ilə, Red Bull Fettel ilə, Renault Alonso ilə bunu edib. Ancaq qazanacaq gücə çatmaq üçün bir neçə ilə ehtiyacımız var”.