F-1.az xatırladır ki, fransızlar gələn ildən etibarən Niko Hülkenberq və Karlos Sayns cütlüyü ilə yarışacaqlar.
Alen Prost: “2018-ci ilin sonunda əksər sürücülər müqaviləsiz qalacaqlar və onlardan birini biz də komandamızda görmək istəyərik. Hər il daha da güclənmək üçün əlimizdən gələni edirik və bunun üçün 2018-ci ildə yaxşı işlər görməliyik. Mühərriyimizi təkmilləşdirsək, üçüncü yer uğrunda mübarizə apara bilərik.
Gələn il Karlos Saynsla yarışacağıq, lakin o, Red Bull ailəsinin bir üzvü olaraq qalacaq. Buna görə də fərqli alternativlər düşünməliyik. 2018-ci ildəki performansımızdan çox şey asılıdır”.