F-1.az xatırladır ki, Renault 2002-ci ildən 2006-cı ilə qədər mavi-sarı rəngli bolidlə yarışmış, sponsor dəyişikliyindən sonra ancaq sarı rəngdən istifadə etmişdi. Lotus-u alaraq zavod komandası kimi Formula1-ə qayıdan Renault bu mövsüm də sarı rəngdən itifadə edir.
El Mundo Deportivo-nun məlumatına görə, komanda gələn il boliddə mavi rəngə üstünlük verəcək. Renault-nun köhnə sponsorları Movistar və BBVA ilə danışıqlar aparıldığı bildirilir. Hər iki şirkətin loqotipində mavi rəngin üstünlük təşkil etməsi bu iddianı daha da qüvvətləndirir. Komandanın bu iki şirkətlə danışıqlar apardığı Auto Hebdo-da da yazılıb.
Başqa bir iddiaya görə, komanda hər hansı yeni bir sponsorla razılığa gələrsə, Karlos Saynsı transfer edəcək…