F-1.az xatırladır ki, Renault 2017-ci il üçün bir neçə sürücü ilə danışıqlar aparır və bu siyahıda Niko Hülkenberq, Daniil Kvyat, Valtteri Bottas, Esteban Okon və Karlos Sayns kimi sürücülər var.
Son günlər çıxan şayiələrə görə fransızlar Hülkenberqlə müqavilə bağlayıblar və gələn il Renault-nun heyəti Okon və Hülkenberqdən ibarət olacaq.
Amma Vassyör bildirib ki, hələ heç bir müqavilə imzalanmayıb: “Hülkenberq siyahıda olan sürücülərdən biridir, amma hələ heç nə müəyyən deyil. Bir alman və bir fransız sürücü yaxşı səslənir. Amma almanla rus və ya finlandiyalı da maraqlı olar”.
Qeyd edək ki, Renault şirkəti Saynsla danışıqları dayandırıb. Bunun səbəbi isə Red Bull-un gənc sürücünü buraxmaq istəməməsidir…