Renault pilotları nəticələrdən razı qalıblar

Danimarkalı sürücü Kevin Maqnussen Almaniyada cümə günü keçirilmiş sərbəst yürüşlərin nəticələrindən razı qalıb.

F-1.az xatırladır ki, ikinci sərbəst yürüşlərdə Renault-nun sürücülərindən Kevin Maqnussen 17-ci, Colion Palmer isə 20-ci nəticəni göstərib.

Kevin Maqnussen: “Bu gün xeyli dövrə vurduq. Nəticələr ümidvericidir və heç bir problemlə qarşılaşmadıq. Üzərində işləməli olduğumuz sahələr var. Amma eyni zamanda, inkişaf da var. SuperSoft təkərlərlə maşını daha yaxşı sazlaya bilərik. Gecə-gündüz görməli olduğumuz işlər var”.

Colion Palmer: “Səhər seansında mənim üçün hər şey yaxşı idi. Lakin ikinci seansda belə olmadı. Nahardan sonra çox dövrə vurduq, amma inkişaf etdirməli olduğumuz çox sahə var. Sərbəst yürüşlərdən xeyli nəticələr əldə etmişik. Budapeştdə olduğu kimi, burada da daha artığını etmək mümkündür”.

Esteban Okon: “Üzərimə düşən bütün işlərin öhdəsindən gəldim, yenilikləri test etdik. Qənaətbəxş çıxışıma görə özümü yaxşı hiss edirəm. Çox vaxt Kevinlə eyni sürətə sahib oluram. Hər şey yaxşı gedir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*