Rekordlar Kimi üçün vacib deyil

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, "ən çox start alan sürücü" rekordu vacib deyil.

F-1.az xatırladır ki, hazırda bu rekord 322 yarış startı ilə Rubens Barrikellodadır. Rəykkönen isə indiyə kimi 321 yarışda iştirak edib və finlandiyalı sürücü Rusiyada bu rekordu təkrarlayacaq.

Lakin növbəti il idmana qayıdacaq olan Fernando Alonso bu rekordun yeni sahibi ola bilər.

Kimi Rəykkönen: “Burada qalmağım bu rekorddan asılı deyil. Bütün rekordlar bir gün qırılır. Bu, oyunun bir hissəsidir. Həmişə belə olub. Bu rekord mənim karyeramda ciddi fərq yaraymayacaq. Bəlkə, gələcəkdə statistikaya fərqli düşüncədə yanaşa bilərəm. Ancaq hazırda yarışıb xallar qazanmaq istəyirəm. Görək sonra nə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*