F-1.az xəbər verir ki, Bu barədə Bloomberg, eləcə də Avropa mətbuatı fondun rəhbərliyinə yaxın mənbələrə istinadən xəbər verir. Sövdələşmənin başa çatması hələ iyunun 26-da elan oluna bilər, lakin bu, optimist ssenaridir, çünki tərəflərin hələ də yekun razılığa gələ bilməyəcəyini istisna etmək olmaz.
RedBird Fondu əvvəllər avtoidmana sərmayə qoymayıb, lakin həm Amerikada, həm də Avropada digər idman layihələrinə aktiv şəkildə külli miqdarda sərmayə yatırıb, xüsusən də İtaliyanın Milan futbol klubunun sahibi olmasını qeyd edə bilərik. Göründüyü kimi, fond rəhbərliyi ABŞ-da keçirilən dünya çempionatının populyarlığının sürətlə artması ilə əlaqədar Formula1-ə maraq göstərməyə başlayıb.