Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 23 gün qalır – 23 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 45-ci yazımızda Jan ALeziyə karyerasının yeganə qələbəsini qazandıran 412 T2 modelindən danışacağıq…
1994-cü ildə baş verən çoxsaylı faciələrdən sonra qaydalar yenə dəyişdi. Yeni reqlament antiqanadların ölçüsünü balacaltdı, maşının yerdən hündürlüyünü artırdı, maşınlara ciddi çarpma testləri təyin etdi və ən əsası – motorların işçi həcmini 3.5 litrdən 3 litrə saldı. Yeni 3 litrlik motor üçün 12 silindrlik forma uyğun deyildi, ona görə də Maranelloda motorçular V10 motoru hazırlamağa qərar verdilər – amma yeni motor hələ 1996-cı ilə hazır olmalı idi, 1995-ci ildə isə Skuderiya V12 motorun kiçildilmiş versiyasından istifadə edirdi. Maşın özü də sadəcə keçənilki modelin təkmilləşmiş versiyası idi.
Mühəndislər maşının uzunluğunu və təkər bazasını azaltdılar, yanacaq çəninin tutumu 140 litrə qədər azaldıldı, yan pantonların forması dəyişdirildi. 412 T2 modelinin sələfindən əsas fərqi ön qanada doğru yuxarıdan aşağı sallanmış burun idi. Çox təəccüblü idi ki, ilk dəfə Benetton-da burunu qaldırdıqdan sonra, bütün komandalar bu dizayna keçdikdən sonra Barnard birinci olaraq yeni formaya keçdi.
412 T2 modelində ilk dəfə ilişmə muftası da sükanın arxasında link formasına salındı, düzdür, bu linkdən yalnız Gerhard Berger istifadə ediridi – Alezi ənənəvi pedal formasından əl çəkmədi. Mövsümün gedişində mühəndislər sükanı bir neçə formaya saldılar – mövsümün sonuna yaxın optimal forma axtarışı uğurla başa çatdı…
FERRARİ 412 T2
Formula1-də növbəti dəfə qaydalar dəyişdi: asfaltayatma qüvvəsini azaltmaq üçün 1995-ci ildən maşınların altlığı düz müstəvi formasını aldı, ona görə də maşınların xarici görünüşü dəyişdi. Konservatizmdə ittiham olunmaqdan qaçmaq üçün 412 T2 modelində Con Barnard dik burundan imtina edərək, daha sadə və yığcam sallanmış buruna keçdi.
Amma bu əsas yenilik deyildi – motorların maksimal işçi həcmi 3500 kub sm-dən 3000 kub sm-ə salındı, bu qərar Maranelloda motorçuları məcbur etdi ki, V12 motorunda silindrlərin açılış bucağını 65 dərəcədən 75 dərəcəyə çatdırsınlar. 1996-cı il üçün isə motorçular V10 motorunun hazırlanmsına başladıalr.
Motorun işçi həcminin azaldılması onun effektivliyini dəyişmədi – Alezi və Berger 700 at qüvvəsini ram etməli olurdular. Fransalı sürücü Kanadada, nəhayət ki, karyerasının ilk qələbəsini qazana bildi. Mövsümün ilk yarısında etibarlı olan maşın ikinci yarısında büdrəməyə başladı – ilk 8 yarışda 3 dəfə finiş görməyən sürücülər növbəti 9 yarışda 11 dəfə yarışı vaxtından əvvəl dayandırmalı oldular.
Mövsümün sonunda isə bütün Formula1 dünyasını təlatümə gətirən bəyanat səsləndi: Ferrari Alezi və Bergerlə vidalaşaraq artıq ardıcıl ikinci titulunu qazanmış Mixael Şumaxeri (böyük məbləğ müqabilində) komandaya dəvət etdi. Onun komanda yoldaşı Eddi Örvayn oldu…
FERRARİ 412 T2-NİN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1995-ci il | 17 | 34 | 1 | 1 | 11 | 1 |