Ferrari-nin təkamülü (1950-2016-cı illər): 23-cü yazı – Ferrari 312 B3 S

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 45 gün qalır – 45 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 23-cü yazımızda komandanın daha bir eksperimental modelindən 312 B3 S barədə danışacağıq…

1972-ci ildə Ferrari komanadsı yeni 312 B3 S modelini hazırlayır və avqust ayında ictimaiyyətə təqdim edir. Yeni maşın perspektivli 312 B3 seriyasının başlanğıcı olmalı idi. Modelin adındakı S hərfi italyanca eksperimental (Sperimentale) olduğunu bildirsə də, xarici görünüşünə görə jurnalistlərdən başqa məna aldı – Spazzaneve, yəni qar təmizləyən.

Yeni maşın sələflərindən tam fərqlənirdi, maşında tam fərqli fəlsəfə tətbiq olunmuşdu. Forqyeri maşını maksimum ensiz etməkdən imtina edərək, ona daha çox asfaltayatma qüvvəsi verməyə çalışır. Buna görə də yeni maşının korpusu enli və qısa alınır, qısa ön qanadları isə maşının bütün eni boyda spoyler əvəz edir. Bu dizayn nəinki asfaltayatma qüvvəsi hasil edirdi, həm də maşının altına havanın düşməsinə mane olurdu, bununla da 312 B3 S ilk qraund-effektli maşın sayılır – bu ideya bir neçə ildən sonra Formula1-i zəbt edəcək.

Amma maşının konstruksiyası çox xam alınmışdı, uzun sürən testlərdən sonra komanda maşını starta çıxartmamağa qərar verdi. Mühəndislər bu modein çatışmazlıqlarını nəzərə alaraq gələn mövsümə yeni maşın hazırlamağı qərara aldılar. Ona görə də Ferrari-nin sürücüləri artıq 3-cü ili köhnə 312 B2 modei ilə mövüsmə başlamalı oldular. Yeni maşın isə mövsümün 4-cü Qran Prisinə hazır olacaq…

FERRARİ 312 B3 S

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B3 S, 1972

Eksperimental model olan 312 B3 S heç bir Qran Priyə çıxmamasına baxmayaraq, Ferrari-nin tarixində mühüm yer tutur. “Qar təmizləyən” adı almış bu model çərçivəsində komanda maşının kütləsini onun bazası daxilində saxlamaqla onun ağırlıq mərkəzini aşağı salmağa çalışır.

Maranelloda 1972-ci ilin avqustunda jurnalistlərə təqdim olunmuş yeni maşın sələfindən tam fərqlənirdi. Aşağı, enli və kvadarat saydpodların daxilində su radiatorları yerləşdirilmişdi – maşının önündəki iki böyük dəlikdən hava axını birbaşa bu radiatorlara gəlirdi. ferrari əvvəlkitək yarım-monokokdan istifadə edir.

Yeni maşında başqa innovativ ideyalar da yer almışdılar – burunda iki enli spoyler mərkəzdə harmonik birləşmişdi, arxada isə antiqanad borulu ramaya deyil, ötürmələr qutusuna bərkidilmişdi.

Mətbuata təqdim olunduqdan sonra maşın testlərə yollandı, onun Montsada debütü gözlənilirdi. Sükan arxasına isə Arturo Mertsario və Mario Andretti oturmalı idilər. Amma yeni maşının test nəticələri ürəkaçan olmadı: qısa təkər bazası maşının davranışını əsəbi eləmişdi və onun istifadəsinə son qoydu.

FERRARİ 312 B3 S-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B3 S, 1972

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1972-ci il 0 0 0 0 0 0
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*