F-1.az xəbər verir ki, hər iki qurum Formula1 və digər sahələrdə çeşidliliyin artırılmasına yönəlmiş müxtəlif təşəbbüslər üzərində birgə çalışacaq. Tərəfdaşlığın bir hissəsi də qadınların Oracle Red Bull Racing Esports virtual yarış komandasına qoşulması üçün axtarışlar başlatmağa xidmət edəcək.
Kristian Horner: “Rokt-un partnyor kimi bizə qoşulmasından çox məmnunuq. İdmanımıza və virtual yarış dünyasına müxtəlif peşəkarları cəlb etmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik. Rokt ilə biz çeşidliliyi genişləndirməyə və qadınlara həm şirkət daxilində, həm də bütövlükdə cəmiyyətdə bərabər hüquqlar verməyə çalışacağıq. Tərəfdaşlığımızın bir hissəsi olaraq, elektron yarışçıları da virtual yarış proqramımıza gətirmək üçün birlikdə çalışacağıq”.