F-1.az xatırladır ki, Red bull keçən il 22 yarışdan 17-də qalib gələrək, iki cəbhədə də Dünya çempionu olmuşdu.
Red Bull komandası son illərdə təqdimatlarda rəng çalarını təqdim edirdi. Əsl maşın isə mövsümöncəsi testlərdə üzə çıxırdı. Bu ild ə eyni hal baş verib.
Bu gün təqdim olunan maşın 2019-cu ilin maşınını xatırladıb: Eyni rəng çaları və eyni sponsorlar. Komanda bu il də Maks Ferstappen və Serxio Peres cütü ilə davam edəcək. Komandanın rəhbəri Kristian Horner, texniki direktoru isə Ədrian Nyui olacaq.