Keçənilki çempionatı ikinci yerdə başa vuran Red Bull komandası yeni maşını fevralın 26-da təqdim edəcək – komandanın rəsmi saytında RB13-ün şəkilləri və texniki xarakteristikası dərc olunacaq. Bir gün sonra yeni maşın Barselona testlərində debüt edəcək.
F-1.az xatırladır ki, elə həmin gün, yəni fevralı 26-da, amma Barselonada Toro Rosso da öz yeni maşınını nümayiş etdirəcək. Digər komandaların təqdimat tarixləri isə aşağıdakı cədvəldə verilib…
Tarix | Komanda | Maşın | Təqdimat yeri |
20 fevral | Sauber | C36 | Komandanın saytı |
21 fevral | Renault | – | – |
22 fevral | Force İndia | VJM10 | Silverstoun, Britaniya |
23 fevral | Mercedes AMG | W08 | Silverstoun, Britaniya |
24 fevral | Ferrari | – | İtaliya, Fyorano |
24 fevral | McLaren | MCL32 | Uokinq, Britaniya |
25 fevral | Haas | VF-17 | Barselona, İspaniya |
26 fevral | Red Bull | RB13 | Komandanın saytı |
26 fevral | Toro Rosso | STR12 | Barselona, İspaniya |
– | Wiliams | FW40 | – |