F-1.az xatırladır ki, “qırmızı öküzlər” keçən il Maks Ferstappenlə Sürücülər Çempionatının qalibi olmuş və Lyuis Həmiltonun hegemonluğuna son qoymuşdular. Lakin Avstriya komandası bu il də uğurlarını davam etdirmək istəyir.
Komanda bu gün yeni bolidi təqdim etsə də, bu heç də son versiya deyil. Komanda sadəcə rəng çalarını və yeni titul sponsoru Oracle-ı təqdim edib. Avstriya təmsilçisinin adı artıq Oracle Red Bull Racing olacaq.
Kristian Horner: “Keçənilki uğurlarımızı daha da yxşılaşdırmaq istəyirik. Məqsədimiz titulumuzu qorumaqdır”.