F-1.az xatırladır ki, “qırmızı öküzlər” keçən mövsüm iki qələbə qazanaraq, mövsümü ikinci yerdə bitirmişdi. Avstriya təmsilçisi bu il sürücü heyətini də dəyişib. Keçən mövsüm Maks Ferstappenin kölgəsində qalmış Aleksander Elbonu daha təcrübəli Serxio Peres əvəz edib.
Red Bull yeni bolidini sabah təqdim edəcək. RB16B-nin gələn həftə Silverstounda trasa çıxması gözlənilir.