F-1.az xatırladır ki, “qırmızı öküzlər” keçən il Honda ilə ilk mövsümlərini keçirsələr də, 3 qələbə qazana bilmişdilər. Bu il isə hədəf çempionluqdur.
Komanda əvvəlki illərdə təqdimatı gec edərək üstünlük qazanmağa çalışırdı, amma belə olan halda mövsümöncəsi qış testlərində problemlərlə üzləşirdilər. Buna görə də mövsümün ilk yarışlarında çoxlu xal itirirdilər.
Maks Ferstappen bu gün film çəkilişi üçün yeni RB16 ilə Silverstounda trasa çıxacaq.
Yeni bolidin ön hissəsində dəyişikliklər olduğunu görürük.