F-1.az xatırladır ki, Red Bull komandası bu gün Nyu Yorkda 2023-cü il bolidi RB19-un rəng çalarını təqdim edib.
Komandanın rəhbəri Kristian Horner bildirmişdi ki, bu il “Öz Markanı Yarat” müsabiqəsi təşkil edəcəklər. Bu yarışmada azarkeşlər RB19 üçün ən uyğun rəng çalarını seçəcəklər. Qalib gələn çalarlardan isə Mayami, Ostin və Las Veqasdakı yarlşlarda istifadə ediləcək.
Kristian Horner: “Yarışmanın məqsədi daha çox azarkeşi bolidin dizaynına daxil etməkdir. Builki üç yarışda azarkeşləri rəng çaları seçməyə dəvət edəcəyik. Bu bir yarışmadır və böyük fürsətdir. Bu barədə uzun-uzun düşündük. İnsanlar bu idmanın içində olmaq istəyir. Buna görə də onlara şans veririk.
Mayami yarışı may ayında olacaq və o yarış üçün müsabiqə bu gün başlayır. Daha sonra juri heyəti ilə bu üç yarış üçün ən yaxşı dizaynı seçəcəyik”.