Red Bull və Renault yeni müqavilə imzalayıblar!

Red Bull komandası və Renault Sport şirkətin qarşıdakı iki mövsümdə motor təchizatı barədə yeni müqavilə imzalayıblar.

F-1.az bildirir ki, Red Bull komandası 2018-ci ilin sonuna qədər bu motorları TAG Heuer brendi altında işlədəcək. Hazırda Ferrari-nin keçənilki motorlarından istifadə edən Toro Rosso komandası da gələn ildən Renault motorlarına qayıdacaq…

Kristian Horner: “Biz öz uğurunu təsdiq etmiş əməkdaşlığımızı davam etdirməyə şadıq. Renault şirkətinin son bir ildə apardığı təkmilləşdirmə işləri TAG Heuer brendi altında yeni motorların bizim maşınlara qoyulmasının məntiqi nəticəsidir”.

Bir daha xatırladaq ki, hər iki komanda şirkətin zavod komandası kimi motorların son versiyasından yararlanacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*