Red Bull və Renault-nun münasibətləri stabil deyil

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Renault ilə münasibətləri enişli-yoxuşludur.

F-1.az xatırladır ki, Red Bull 2008-ci ildən Renault mühərriklərindən istifadə edir. “Qırmızı öküzlər” fransalı mühərrik istehsalçısı ilə 2010-2013-cü illərdə həm sürücülər, həm Mühəndislər Kubokunda Dünya Çempionu olublar.

Amma son illərdə artan etibarlılıq problemləri tərəflər arasındakı münasibəti son həddə çatdırıb. Red Bull-un törəmə komandası Toro Rosso bu ildən Honda mühərriklərinə keçdikdən sonra Avstriya təmsilçisi də yapon istehsalçı ilə maraqlanır. FİA mühərrik seçimi üçün komandalara mayın 15-ə qədər vaxt verib.

Kristian Horner: “Beş ildir ki, münasibətimiz enişli-yoxuşludur. Rikkardo Bəhreyndə batareya, Çində isə turbin problemi yaşadı. Çox vaxt itirdik. İndidən sonra düşündüyümüz tək şey yeni problemin nə zaman baş verəcəyidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*