F-1.az bildirir ki, qəzet əvvəlkinin əksinə olaraq, bunu əminliklə qeyd edir – Honda motorları 2025-ci ilin sonunda idmandan gedəndə Porsche Formula1-ə gələcək və Red Bull ilə əməkdaşlıq edəcək. Qeyd edək ki, indiki motor tədarükçüləri yeni markaların idmana gəlməsinə imkan verən xərclərin azaldılması və güc qurğularının bəsitləşdirilməsi mövzusunda razılığa gəlmişdilər.
Bu da öz növbəsində Volkswagen Group üçün qapıları açır. Çox güman ki, Porsche hazırda Red Bull-un qurmaqda olduğu yeni infrastrukturdan faydalanacaq. Almanlar üçün idmana gələcəkləri təqdirdə müsbət cəhətlərdən biri də yeni təchizatçılar üçün qoyulacaq daha yuxarı büdcə limitidir.
Volkswagen Group-un Audi ilə də idmana girmək istədiyi qeyd edilir və onların adı McLaren ilə yanaşı çəkilir.. Lakin Audi McLaren-in həm avtomobil, həm də avtoidman bölümünü almaqda maraqlı olduğu üçün bu danışıqlar daha mürəkkəb ola bilər…