Red Bull və McLaren sıralanma turu formatının dəyişdirilməsinə mane olublar

McLaren və Red Bull komandaları bildiriblər ki, sıralanma turu əvvəlki qaydada keçirilməlidir. Əks təqdirdə, onlar heç bir alternativi qəbul etməyəcəklər...

F-1.az xatırladır ki, keçən həftə ilk dəfə tətbiq edilən ələnmə formatlı sıralanma turu komandalar və fanlar tərəfindən tənqid atəşinə tutulmuşdu və komandalar Bəhreyndə əvvəlki formata qayıtmağı qərara almışdılar.

Dünən isə məlum olub ki, köhnə formata qayıdılmaycaq və yeni formata daha bir şans veriləcək.

Çünki müzakirəyə orta variant çıxarılıb – yəni sıralanma turunun ilk iki sessiyası yeni qaydada, son sessiyası isə köhnə qaydada keçirilməsi təklifi müzakirəyə qoyulub. Bu qaydanın qəbul edilməsi üçün F1 Komissiyasının bütün üzvlərinin yekdil təsdiqi lazım idi.

Səsvermə faks yolu ilə aparılıb. McLaren və Red Bull komandaları bu formatı rədd ediblər, onlar ya tamamilə köhnə formata qayıtmağı, ya da Avstraliyada tətbiq olunan yeni formatda qalmağı üstün tutublar. Ona görə də son təklif qəbul olunmayıb.

Bəhreyn QP-dən sonra sıralanma turu ilə bağlı son qərar veriləcək.

Red Bull komandasının rəhbəri Kristian Horner yeni format barədə fikirlərini bildirib: “Biz yeni sıralanma turu formatında uğursuzluq yaşadıq və mübarizədən uzaq qaldıq. Hər etdiyimiz səhvdən dərs çıxarmalıyıq. Əgər dəyişiklik edilirsə, onun bütün nəticələrini düşünmək lazımdır. Deyəsən, biz bunu edə bilməmişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*