Red Bull və Force İndia Haloya qarşıdırlar

Red Bull komandasının rəhbəri Kristian Horner halonu dəstəkləmir və bunun başın mühafizəsi problemi üçün həll yolu olmadığını düşünür...

F-1.az xatırladır ki, Red Bull komandası Silverstoundakı testlərdə ilk dəfə Halo sistemini test edib.

Kristian Horner: “Bu sistemi tələsik istifadəyə verməkdənsə, daha düzgün bir sistem üçün daha çox araşdırma zamanının olmasını istəyərəm”.

Testlərdən sonra Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli də bu mövzuda tələsməyin yersiz olduğunu bildirib: “Məncə hamı tələsir. Halonu anlamaq üçün çox işləmək lazımdır. Halonu gətirərkən, başqa problemlər yaratmaq olmaz və mən düşünürəm ki, bu olacaq. Vaxtımızı doğru həll yolu tapmaq üçün sərf etməliyik. Belə vəziyyətdə tələsmək olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*