Red Bull və AlphaTauri Acura yazılı bolidi təqdim ediblər

Red Bull və AlphaTauri komandaları ABŞ yarışında Acura yazıları ilə yarışacaqlar.

F-1.az bildirir ki, hər iki komanda Acura yazılı bolidi təqdim edib. Xatırladaq ki, Acura Honda-nın Amerikadakı brendidir. Bu brend daha əvvəl də – 1980-ci illərdə – Formula1-də yer almışdı. Markanın loqotipləri Ayrton Senna və Alen Prostun dəbilqələrində yer almışdı. Son dəfə isə markanın adı 2007-ci ildə Honda komandasının sürücülərinin dəbilqələrində yazılmışdı.

İndi isə Red Bull-un Honda ilə tərəfdaşlığına görə yenidən idmana qayıdacaqlar. Honda ilin sonunda idmandan gedir və buna görə bəzi tədbirlər edir. Türkiyədə RB16B tamamilə ağ rəngə boyanmışdı.

Red Bull komandasının rəhbəri Kristian Horner: “Acura markasını ABŞ yarışında yenidən idmana qaytardığımız üçün sevinirik. Alen Prost 1989-cu ildə ABŞ yarışını qazananda dəbilqəsində Acura loqotipi var idi. Ümid edirəm ki, bu loqotiplərlə biz də ABŞ-da uğur qazanarıq”.

Honda-nın Formula1 rəhbəri Masaşi Yamamoto: “Acura Markasının builki ABŞ yarışında Red Bull və AlphaTauri bolidində olması gözəl haldır. Builki Formula1 mövsümü inanılmaz idi. Amerika yarışında əfsanəvi Acura markası ilə yarışmaqdan qürur duyuruq”.

Acura-dan Emile Korkor: “Həyatım boyu Formula1 fanatı olmuşam. Kanadada böyüyərkən Acura markasını Senna və Prostun dəbilqəsində görmüşdüm. Acura kimi marka üçün yarış rəqabəti həmişə vacib olub. Bu yarışda Red Bull və AlphaTauri ilə işlədiyimiz üçün sevincliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*