F-1.az xatırladır ki, hollandiyalı sürücünün komanda yoldaşı Pyer Qasli olacaq. Maks Ferstappen idmana 2015-ci ildə gəldiyi halda, fransalı sürücü 2017-ci ilin Sinqapur Qran Prisində debüt edib.
Kristian Horner: “Pyer komandaya təcrübəsiz sürücü kimi gəlir və Maksın təcrübəsi daha çoxdur. Buna görə də Maksa fokuslanacağıq. Pyer bizə kömək edə bilər. Onun böyük potensialı var. Təkmilləşib Maksla mübarizə apara bilər. Ümid edirəm ki, bu cütlük bir-birindən faydalanar”.