F-1.az xatırladır ki, 2015-ci il mövsümündə Red Bull və Renault arasında münasibətlər son həddə çatmışdı. Ona görə də Red Bull komandası Mercedes və ya Ferrari ilə mühərrik müqaviləsi bağlamaq üçün danışıqlar aparsa da, bu uğurlu olmamışdı. Uğursuz danışıqlardan sonra Avstriya təmsilçisi 2016-cı il mövsümü üçün TAG Heuer brendi altında Renault mühərrikləri ilə yarışmaq qərarına gəlib.
Mühərriklə bağlı problemlər Red Bull-un planlarına təsir etsə də, Uitli bu mövzuda rahat olduqlarını deyib. Uitli mövsümə gecikmə ilə bağlı suala belə cavab verib: “Bu, meydan oxumaqdır. Bu cür çətin şəraitlərdən çıxa biləcək komandamız var. Komandamız yeni ildə də işlədi və inanılmaz işlər gördü. Hər şey bizim nəzarətimizdədir. Əldə etmək istədiklərimiz üçün nələr etməli olduğumuzu bilirik.
Hazırkı vəziyyətdə Renault ilə əməkdaşlığa davam etdiyimiz üçün çox şanslıyıq. Çünki bolidimiz Renault mühərriklərinə uyğundur. Baş konstruktorumuzla son dəfə danışığımızda qrafikdən irəlidə olduğumuzu öyrəndik”.