Red Bull-un yeni bolidi çarpma testlərini dünən tamamayıb

Kristian Horner RB12-ni son dəqiqəyə qədər təkmilləşdirməyə çalışdıqlarını və bir növ riskə girdiklərini bildirib...

F-1.az bir daha xəbər verir ki, fevralın 22-də Barselonada təqdim ediləcək yeni bolidin rəng çalarları dünən Londonda keçirilən mərasimdə tanıdılıb. Komandanın rəhbəri Kristian Horner FİA-nın məcburi çarpma (krəş) testlərinə olduqca gec girmələri barədə məlumat verib: “Bazar ertəsinə qədər heç bir çarpma testinə girməmişdik. Son 3 gündə bütün testlərdən uğurla keçdik. Hətta bunlardan sonuncusu sadəcə 1 saat əvvəl yekunlaşıb. Bu, böyük riskdir. Başqa komandalar bunu son 1 həftəyə saxlamazdı. Biz beləyik. Rəqabət bizim genimizdədir…”

Fevralın 22-də Barselonada təqdim ediləcək yeni bolidin rəng çalarları dünən Londonda keçirilən mərasimdə tanıdılıb.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*