F-1.az xatırladır ki, fevralın 23-də mövsümöncəsi qış testləri Bəhreyndə başlayacaq. Testlər üç gün davam edəcək və hər sürücünün işləmək üçün günyarım vaxtı olacaq.
Red Bull komandası sürücülərin test proqramını açıqlayıb. Resurslara görə Maks Ferstappen fevralın 23-də Red Bull RB-19-un sükanı arxasına keçəcək. 24-ü isə səhər Serxio Peres, nahardan sonra Maks Ferstappen kokpitə oturacaq. Testlərin son günündə- ayın 25-də isə Serxio Peres bütün günü işləyəcək.