Red Bull-un sürət itkisi FİA-nın qərarı ilə əlaqədardır?

Formula E pilotu Robin Fryayns hesab edir ki, Red Bull-un sürət problemləri çempion komandanın FİA-nın təkidli tövsiyəsindən sonra maşının konstruksiyasında dəyişikliklər etməsindən sonra başlayıb.

F-1.az xəbər verir ki, Robin konkret nədən söhbət getdiyini dəqiqləşdirmir, lakin əvvəllər mətbuatda RB20 maşınının əyləc sistemi haqqında versiyalar səsləndirilmişdi. Komanda hər şeyi inkar etsə də, bu versiyanın xeyrinə FİA-nın iyulun sonunda çempionat komandalarının anonim səsverməsinin nəticələrinə əsasən, texniki reqlamentə etdiyi dəyişikliklər danışır.

Söhbət 11.2.1 paraqrafından gedir ki, qayda indi belə səslənir: “Müəyyən edilmiş oxda sistematik və ya qəsdən asimmetrik əyləc momentləri yaradan hər hansı sistem və ya mexanizm qadağandır”. Ehtimal olunur ki, məhz belə bir sistemdən imtina RB20-nin balansında problemlərə gətirib çıxarıb ki, bu barədə Maks Ferstappen dəfələrlə danışıb.

Red Bull-un sürət itkisi problemi hələ rəsmi qadağadan əvvəl başlamışdı, çünki əvvəlcə FİA çempion komandaya arxa əyləclərin konstruksiyasını könüllü olaraq yenidən nəzərdən keçirməyi təklif etmişdi.

Niderlandın Formule 1 jurnalının son buraxılışındakı məqaləsində Robin Fryayns yazır: “Red Bull-da nə baş verir? Onlar qəfildən niyə sürətlərini itirdilər? İspan jurnalistlərindən eşitmişəm ki, FİA Red Bull-un maşınında nəsə xüsusi bir şey tapıb və komandaya onu dəyişdirməyi deyib. Məhz buna görə onlar sürətlərini itiriblər.

Belə fərziyyələrin həqiqət olmasına təəccüblənmərəm, çünki Formula1-də komandalar daim bir-birilərini izləyirlər. Hər bir komanda reqlamentdə “boz” zona tapmağa çalışır. Məncə, bu da idmanımızı maraqlı edən amillərdən biridir.

McLaren-in artıq Red Bull-u üstələməsi faktı qismən Red Bull-un geri addım atması ilə izah olunur. Əgər siz 0.3 saniyə geriləyirsinizsə, rəqib isə 0.2 saniyə irəliləyirsə, bu, yarım saniyəlik sürət fərqinə gətirib çıxarır. Görünür, Red Bull “boz” zonada tapdıqları həqiqətən ciddi bir şeyi dəyişməli olub.

Lakin bu, McLaren-in təsirli inkişafını azaltmır. Keçən il testlərdə onlar çox geridə idilər, indi isə onların maşını relslər üzərindəki kimi gedir. Düşünürəm ki, biz rəhbər Andrea Stellanın təsirini qiymətləndirməməliyik.

Görürük ki, McLaren inkişaf edir, amma məsələ təkcə bunda deyil. Komandanın iki gənc pilotu var, Lando Norris və Oskar Piastri, və onların sürüş üslubu təxminən eynidir. Bu da maşının inkişafına kömək edir.

McLaren titul uğrunda mübarizə aparmaq üçün əlindən gələni edəcək. Əgər həqiqətən ciddi qarşıdurmaya gəlib çıxarsa, Maks Landoya nisbətən daha böyük təzyiq altında olacaq.

Macarıstanda Red Bull səhvlər etdi ki, bu da aydın şəkildə Maksın xoşuna gəlmədi və o, risklərə getməli oldu. Landonun özünü bərpa edəcəyi daha bir neçə belə yarış və çempionatdakı vəziyyət tez dəyişə bilər. McLaren-in itirəcək heç nəyi yoxdur, Red Bull isə hər şeyi itirə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*