Bu il reqlamentə əsasən, şassilərdə ciddi dəyişikliklər olacaq. Buna görə də FİA-nın məcburi çarpma (krəş) testlərindən vaxtında və problemsiz keçmək olduqca vacibdir. Biz Force İndia, Haas və Toro Rosso-nun çarpma testlərindən keçdiyini xəbər vermişdik. Ədrian Nyui RB13-ün də testlərdən keçdiyini bildirib.
Ədrian Nyui: “Dizayn tamamlanıb, testlərdən keçmişik, indi isə istehsal mərhələsindəyik”.
Xatırladaq ki, qış testləri fevralın 27-də Barselonada start götürəcək.